5 iyul 2013 11:15
Asif Məmmədov İnterin cavab matçını buraxa bilər
“İnter”in futbolçusu Asif Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Mariehamn” klubuna qarşı cavab matçını buraxa bilər. Azerisport.az xəbər verir ki, buna onun hazırda zədədən əziyyət çəkməsi səbəb göstərilir.
Qeyd edək ki, Asif ötən gün Bakıda keçirilmiş ilk oyunun birinci hissəsinin başa çatmasına saniyə qalarkən ciddi zədə aldı. O, hətta oyunu davam etdirə bilmədiyindən ikinci hissədə əvəzlənmək məcburiyyətində də qaldı. Lakin futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu hələlik bilinmir. Əzələsi dartılan Məmmədovla bağlı yaxın günlərdə qərar veriləcək.
