5 iyul 2013 11:45
Asif Məmmədov: Mariehamna uduzmamalıyıq
“İnter”in futbolçusu Asif Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Mariehamn” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Mariehamn” “İnter”in uduzacağı komanda deyil. Biz istənilən halda bu rəqibi keçməyə borcluyuq. Birinci hissədə neçə qol epizodunu dəyərləndirə bilmədik. İndi bunun əvəzini cavab oyununda çıxmalıyıq”.
