5 iyul 2013 11:53
Sxadadze: Bizi Mariehamn yox, özümüz təəccübləndirdik
“İnter”in hücumçusu Baçana Sxadadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Mariehamn” klubuna qarşı keçirilmiş ilk oyundan sonra azerisport.az saytına müsahibə verib.
- “İnter”in qələbə qazana bilməməsinə nə səbəb oldu?
- Məsələ burasındadı ki, biz istirahətdən, toplanışdan sonra ilk rəsmi oyunumuza çıxırdıq. Həyacan var idi. Həm də görünür erkən qol vurmağımız xeyrimizə olmadı. Bu, bəlkə də bizdə arxayınlığa gətirib çıxardı. Ondan sonra sanki dayandıq. Amma “Mariehamn” tam keçiləsi komandadı.

- Komandanın hücum xətti demək olar ki, yox səviyyəsində idi. Qarşıdakı bir həftə ərzində hücum keyfiyyətlərinizi artıra biləcəyinizə inanırsız?
- Bizə sadəcə qol vurmaq lazımdı.
- Bizə sadəcə qol vurmaq lazımdı.
- Komanda niyə bu qədər pis oyun sərgilədi?
- Sadəcə həyacan... İstənilən futbolçudan soruşun, hamı toplanışdan sonra çıxdığı ilk avrokubok matçında qismən də olsa da, həyacan hiss edir.
- Sadəcə həyacan... İstənilən futbolçudan soruşun, hamı toplanışdan sonra çıxdığı ilk avrokubok matçında qismən də olsa da, həyacan hiss edir.
- Sizdən fərqli, “Mariehamn” tarixində ilk dəfə idi avrokubok matçına çıxırdı...
- Onlarda indi ölkə çempionatının qızğın vaxtıdı. Ona görə də iki komandanın durumunu heç müqayisə etmək istəməzdim.
- Rəqib sizi nə iləsə təəccübləndirdi?
- Biz özümüz özümüzü təəccübləndirdik. Amma gəlin bütün bunlar barədə cavab matçından sonra danışaq.
- Biz özümüz özümüzü təəccübləndirdik. Amma gəlin bütün bunlar barədə cavab matçından sonra danışaq.