5 iyul 2013 12:16
Azərbaycan yığması Almaniya klubuna qalib gəldi
Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Sachsen-Anhalt" komandası ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, oyun 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
U-16-nın heyətində Fərid Əsədli, Renat Dadaşov və Baxışəli Baxışəliyev fərqlənib.
