6 iyul 2013 00:07
Xəzər Lənkəran bu gün Malta çempionu ilə yoxlama oyunu keçirəcək
Maltada məqşlərini davam etdirən “Xəzər Lənkəran” ötən gün daha bir məşqə çıxıb. Azerisport.az xəbər verir ki, yerli vaxtla saat 10:30-da start götürən hazırlıq saat yarım davam edib.
Futbolçular bu müddət ərzində taktiki və fiziki çalışmaları yerinə yetiriblər. Zədəli futbolçuların hər üçü artıq məşqlərə qoşulub. Lakin komandanın tibb korpusunun rəyinə əsasən hələ ki, hər üç futbolçu – Vanderson Skarduelli, Zoahir Benuahi və Junior Nildo fərdi qaçışlarla kifayətlənirlər.
Bu gün isə “Xəzər Lənkəran” Maltada yoxlama oyununa çıxacaq. Malta çempionu “Birkirkara” ilə yoxlama oyunu yerli vaxtla saat 19:00-da, “Sirens” stadionunda baş tutacaq.
