5 iyul 2013 12:28
Georgiyevski: Finlandiyada daha diqqətli oynamalıyıq
“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Mariehamn” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Mən bu heç-heçədən sonra “Mariehamn”ın artıq cütün favoritinə çevrildiyini düşünmürəm. Onlar bircə qol epizodu yaratdılar, ondan da yararlandıla. Bizə indi Finlandiyada daha diqqətli oynamaq və qol vurmaq lazımdı”.
