6 iyul 2013 00:12

Ramin Musayev: Hər üç klubumuz Avroliqanın növbəti mərhələsinə çıxacaq

Azerisport.az sizi Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin müsahibəsi ilə tanış edir.
 
- Klublarımızın Avropa Liqasının I təsnifat mərhələsindəki ilk oyunlarını necə dəyərləndirirsiniz?
- Özüm hazırda xaricdə olsam da, həm “İnter”, həm “Qarabağ”, həm də “Xəzər Lənkəran”ın oyunlarını izləmişəm. Komandalarımızın çıxışlarını orta qiymətləndirirəm. Hələ püşkatmadan sonra rəqiblərdən “İnter”in bəxtinə düşən Finlandiya “Mariehamn”dan çəkindiyimi demişdim. Həqiqətən də “Mariehamn” Bakıda heç-heçəyə nail oldu. Amma mən nikbinəm və hər 3 klubumuzun II təsnifat mərhələsinə yüksələcəyinə inanıram.
 
- “Xəzər Lənkəran”ın iyulun 21-də Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacağından xəbərdarsınız?
- Xeyr.
 
- Sizcə, “Neftçi” ilə Superkubok oyununa vaxtının olmadığını deyən klubun hər həftə keçirəcəyi Avroliqa matçları ərəfəsində daha güclü “Fənərbağça” ilə oynamağa imkan tapması Peşəkar Futbol Liqasına qarşı hörmətsizlik deyil?
- Əksinə, mən “Xəzər Lənkəran”ın bu addımını alqışlayıram. Əgər komandamız “Fənərbağça” kimi klubu Azərbaycana gətirirsə və Lənkəranda görüş keçirirsə, bu, doğrudan da böyük işdir. Digər tərəfdən, “Xəzər Lənkəran” bu oyunu iyulun 21-də keçirməyə vaxt tapırsa, həmin tarixdə “Neftçi” oynaya bilməz. Amma Superkubok oyunu mütləq keçiriləcək.
 
- “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının oyunları üçün işlənmiş topların verilməsindən narazı qalıb...
- Bəlkə o, demək istəyir ki, hər oyun üçün  klub rəhbərləri təzə top təqdim etsinlər? Elədirsə, problem yoxdur. Günü sabah 1000 dənə təzə top gətirə bilərik.
 
- Amma bu halda klublar təzə toplara xeyli vəsait sərf etməli olacaqlar. “İnter”in prezidenti Georgi Nikolovun hesablamasına görə, buna 360 min manat lazımdır...
- Nikolovun o yazısından xəbərdaram. Klublar təzə top istəyirlərsə, buyursunlar, alsınlar. PFL-in öz hesabına klubları topla təmin etməyə imkanı yoxdur. (Lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.