5 iyul 2013 13:07
Simurq 4 futbolçunu sınayır, Əl-Nəsrlə oyuna hazırlaşır
"Simurq" təlim-məşq toplanışı ilə yanaşı transfer çalışmalarını da davam etdirir. Azerisport.az xəbər verir ki, növbəti mövsümə iddialı heyət qurmağı planlaşdıran Zaqatala təmsilçisinin hazırda düşərgəsində baxışda olan dörd futbolçu var.
Qarşıdakı günlərdə daha bir neçə futbolçu da Kartepeyə təşrif buyuracaq.
İyulun 8-də ölkəyə qayıtmağı planlaşıdıran komanda Türkiyədəki təlim-məşq toplanışı çərçivəsindəki son yoxlama görüşünü ayın 7-də keçirəcək. "Sarı-qaralar"ın rəqibi Liviyanın "Əl-Nəsr" klubu olacaq. 1954-cü ildə yaradılan Benqazi şəhərinin təmsilçisi ölkənin ən köklü komandalarından biridi.
