5 iyul 2013 13:28

İnter bu komandanı uda bilmədi!

Bakının “İnter” klubunun Avropa Liqasının birinci təsnifat mərhələsindəki ilk görüşündə məğlub edə bilmədiyi Finlandiya “Mariehamn”ı evinə bütün nəqliyyat vasitələrindən istifadə etməklə qayıdıb. Azerisport.az xəbər verir ki, iyulun 4-də keçirilmiş oyundan sonra rəqib komanda Bakıdan İstanbula uçub.
 
Oradan İsveçin paytaxtı Stokholma uçan “Mariehamn” səyahətini avtobusla davam etdirib. Komanda təmsil etdiyi Alland adalarına isə qayıqlarla yetişəcək. Bu isə yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə saat 21:00) təsadüf edəcək. Yol yorğunluğuna baxmayaraq, ada komandası iyulun 7-də “Yaro” ilə Finlandiya çempionatının 18-ci tur matçına çıxacaq. Bu klub Bakıya da uzun yol qət etmiş və 14 saata çatmışdı.
 
Üstəlik, “Mariehamn”ın heyətində Bakıya gəlmiş 15 futbolçudan 2-si zədələnərək sıradan çıxıb. İlk yarıda xəsarət alaraq, əvəzlənməli olan Dever Orgil və Dieqo Assis iyulun 11-də keçiriləcək cavab görüşündə iştirak edə bilməyəcək. Bununla belə, rəqib komanda Bakını böyük ruh yüksəkliyi ilə tərk edib.
 
Qeyd edək ki, “İnter” matçın 7-ci dəqiqəsində hesabı açsa da, 72-ci dəqiqədə Alanzo Adam bərabərlik qolunu vurub – 1:1. Təmsilçimiz cavab görüşünə, “Mariehamn”dan fərqli olaraq, çarter reysi ilə yollanacaq. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.