5 iyul 2013 13:42
Elhad Nəziri yenə də oynadı, komandası heç-heçə etdi (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubunda növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz komandasının Sloveniya toplanışı çərçivəsində Ukrayna “Zarya”sı ilə sınaq matçının iştirakçısı olub.
Qarşılaşma qolsuz başa başa çatıb. Elhad start heyətdə meydana çıxıb. Lakin baş məşqçi Kosmin Kontra onu 46-cı dəqiqədə əvəzləyib.
Xatırladaq ki, Nəziri bundan öncə keçirilən Sloveniya “Maribor”u ilə oyunda (1:1) ikinci hissədə 45 dəqiqə forma geymişdi. Serbiya “Partizan”ı ilə görüşdə (0:1) isə o, start heyətdə meydana çıxmış, 58-ci dəqiqədə əvəzlənmişdi. Bolqarıstan “Ludogorets”i ilə görüşdə də (4:1) həmyerlimiz son 8 dəqiqədə meydanda olmuşdu.
