5 iyul 2013 14:33
Xəzər Lənkəran milli üzvü olan futbolçu alır
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Sliema” ilə cavab qarşılaşmasına Maltada hazırlaşan “Xəzər Lənkəran” heyətini afrikalı futbolçu ilə gücləndirmək niyyətindədi. Azerisport.az xəbər verir ki, Lənkəran klubu Afrika ölkələrindən birinin yığma komandasının üzvünü transfer edir.
Deyilənə görə, tərəflər arasında artıq ilkin razılaşma əldə olunub və çox güman komanda vətənə qayıdandan sonra bu futbolçu ilə rəsmi müqavilə imzalanacaq.
Xəbəri klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu təsdiq edib. Cəbrayıloğlu həmçinin onu da bildirib ki, futbolçunun adı və hansı ölkəni təmsil etdiyi yaxın bir-iki günə mətbuata açıqlanacaq. (12-ci oyunçu)
