5 iyul 2013 14:41
Rail Məlikov Denizlisporla problemini həll edib, Qəbələ ilə müqavilə imzaladı
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikov Türkiyənin “Denizlispor” klubu ilə problemini yoluna qoyub. Azerisport.az xəbər verir ki, ötən il bu klubla 1+1 şərti ilə müqavilə bağlayan həmyerlimiz bu yay “Qəbələ”yə keçməyə qərar verdi.
Lakin Türkiyə klubu onu xoşluqla buraxmaq istəmədi və qarşı tərəfdən təzminat tələb edirdi. Əldə etdiyimiz məlumata görə, artıq Rail keçmiş klubu ilə məsələni həll edib.
Məlikov “Qəbələ” ilə münasibətlərini də rəsmiləşdirib. Tərəflər bir illik müqaviləyə imza atıblar.
