5 iyul 2013 15:26
“Qəbələ ilə oyunda təmiz qolumuz qeydə alınmadı”
Ukraynanın “Metallurg” (Zaporojye) klubunun baş məşqçisi Sergey Puçkov “Qəbələ” ilə iki gün əvvəl keçirilən yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
“Futbolçularımın həm birinci, həm də ikinci hissədəki çıxışından razı qaldım. Biz bir neçə qol vəziyyəti yaratdıq. Qalib gəlməliydik. Hətta bir təmiz qolumuz hesaba alınmadı, qayda pozulduğu halda rəqib qapısına penalti təyin edilmədi. Əla qol vəziyyətinə malik olan Platonla Rudık fəqlənə bilmədi”.