5 iyul 2013 15:47
Rail Məlikov: Yuri Syomin məndən çox şey gözləyir
“Qəbələ”nin yeni transferi Rail Məlikovun azerisport.az saytına müsahibəsi
- Türkiyənin “Denizlispor” klubunu niyə tərk etdiniz?
- Klubla danışıqlarımız uğursuz alındı.
- Klubla danışıqlarımız uğursuz alındı.
- Maddi cəhətdən?
- Təkcə maddiyyat deyildi. Bəzi başqa məsələlərdə də baxışlarımız üst-üstə düşmürdü. Bu barədə danışmaq istəmirəm. Həm də ailəm məni geri qayıtmağa məcbur etdi.
- Elə isə niyə məhz “Qəbələ”?
- Bu komandada çoxdan oynamaq istəyirdim. Həm də daha iddialı kluba keçmək istəyirdim. “Qəbələ” də bu baxımdan yaxşı variant oldu.

- Elə isə niyə məhz bir illik müqavilə bağlamısız?
- Belə razılaşdıq. Bu, onsuz da böyük əhəmiyyət daşımır. Əgər hər şey yaxşı olsa, müqaviləni yeniləmək də mümkündü.

- İddialı kluba keçmək üçün “Denizlispor”da oynayıb, Super Liqa klublarının diqqətini çəkə də bilərdiniz. Hər halda bu, “Qəbələ” variantından daha yaxşı olardı...
- “Denizlispor” gələn qış məni Super Liqa təmsilçilərindən birinə satmaq istəyirdi. Amma dediyim kimi, ailəm də geri qayıtmağımı istəyirdi və bu, mənim üçün daha vacib oldu.
- Təzminat məsələsini necə həll etdiniz?
- Klubun mənə müəyyən qədər borcu var idi. Amma “Qəbələ” də mənə bu məsələdə kömək etdi. “Denizlispor”a normal məbləğ ödənildi.

- Yeni komandanız barədə nə deyə bilərsiz?
- Düşünmürəm ki, uyğunlaşma baxımından problemlə üzləşib. İyulun 2-dən burdayam. Yeni mövsümə hazırlaşıram.

- Yuri Syomin nə dedi?
- O, məndən çox şey gözlədiyini dedi. Yəqin ki, onunla tanışlığımıza qədər haqqımda məlumat verilmişdi. Danışığından da başa düşdüm ki, çox tələbkar adamdı. “Qəbələ”ni çətin mövsüm gözləyir. Çünki nəticə qazanmalıyıq.

- İndi “Denizlispor”da tək qalan Arif İsayevdən nə gözləyə bilərik?
- Ona uğurlar arzulayıram. Fikrimcə, mənsiz heç bir problemi olmayacaq. Arifi artıq orda özlərinki kimi qəbul edirlər.