5 iyul 2013 15:58

Rail Məlikov adam vurdu, 100 min avro ödədi!

Türkiyə mətbuatı futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikovun “Denizlispor”u “Qəbələ”yə dəyişməsinin qaranlıq tərəflərini açıqlayıb. Azerisport.az xəbər verir ki, sən demə bu gözlənilməz transferin arxasında çox maraqlı məqamlar dayanırmış.
 
Belə ki, qardaş ölkə mətbuatının iddiasına görə, Rail bu yay istirahəti zamanı Bakıda olarkən maşınla adam vurub. Hadisə iki həftə öncə olub. Qəza zamanı bir şəxs ağır yaralanıb. Yaralının yaxınları Məlikovun istintaqa cəlb olunmaması üçün ondan 100 min avro tələb ediblər. Rail də öz növbəsində “Denizlispor” rəhbərliyindən kömək istəyib. Lakin Türkiyə klubu onun bu istəyini yerinə yetirə bilməyəcəyini bildirib. Bu zaman məsələyə müdaxilə edən “Qəbələ” Məlikovun bu borcunu ödəməyə hazır olduğunu bildirib.
 
Nəticədə qəzada yaralanan şəxsə 100 min avro ödəyən futbolçu “Qəbələ”nin transfer təklifini də qəbul edib. Türkiyə klubunun təzminatı isə sadəcə Railə olan borcların silinməsi sayəsində ödənilib. Baxmayaraq ki, Rail özü saytımıza müsahibəsində “Denizlispor”a əlavə pul ödənildiyini də bildirir.
 
Daha bir maraqlı məqam tərəflərin neçə illik müqavilə bağlaması ilə bağlıdı. Türkiyə mətbuatı Railin “Qəbələ” ilə iki illik anlaşdığını yazır. Klubdan isə israrla bildirirlər ki, bir illik müqavilə bağlayıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.