5 iyul 2013 17:15

UEFA Skenderbeunu öz stadionundan məhrum edə bilər

UEFA Albaniyanın “Skenderbeu” klubunu avrokubok oyunlarını doğma stadionunda keçirməkdən məhrum edə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb UEFA-nın sözügedən arenanın hazırkı durumundan kəskin narazı qalması səbəb göstərilir.
 
Məsələ burasındadı ki, ötən gün Albaniyanın “Laçi” klubu həmin arenada Avropa Liqasında ev oyununa çıxıb. Lakin maraqlıdı ki, bu oyun zamanı arenanın C, D və E sektorları bağlı olub. Halbuki, həmin sektorlara azarkeşlər üçün bilet satılıbmış. Təşkilatçılar bunu belə izah ediblər ki, oturacaqların durumu qaydasında olmadığından, bu, təhlükəsizliklə bağlı problemlərə yol aça bilər.
 
Artıq UEFA sözügedən arenada qitə miqyaslı oyunların keçirilməsini qadağan etmək məsələsinə baxır. Mümkündü ki, “Skenderbeu” da ev oyunlarını Albaniyanın paytaxtı Tiranadakı stadionda keçirsin.

Qeyd edək ki, “Skenderbeu” Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.