6 iyul 2013 18:43
Dənizlispor Rail Məlikovu başqa azərbaycanlı futbolçu ilə əvəz etməyə hazırlaşır
Rail Məlikovla yollarını ayırmaq məcburiyyətində qalanTürkiyənin “Denizlispor” klubu heyətinə daha bir azərbaycanlı futbolçu qatır. Azerisport.az xəbər ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, “Denizlispor” Vurğun Hüseynovla Saşa Yunisoğlunun transferini nəzərdən keçirir. Lakin Saşa variantı az inandırıcı görünür. Həmkarlarımızın klub rəsmilərindən aldığı informasiyada deyilir ki, Saşadan fərqli, Hüseynovla danışıqlar müsbət nəticələnib. Vurğun iyulun 8-də Dənizliyə yollanacaq.
Türkiyə mətbuatı Hüseynovla bağlı yalnışlığa da yol verib. Belə ki, futbolçu “Qəbələ”nin üzvü kimi təqdim olunub. Halbuki, o, mövsüm başa çatandan sonra “Qəbələ”dən ayrılaraq “Sumqayıt”la müqavilə bağlayıb.
Qeyd edək ki, Vurğun karyerasına “Turan”da başlayıb və 2005-2008-ci illərdə bu komandada çıxış edib (51 oyun 1 qol). 2008-ci ildə “Qəbələ”yə (37 oyun, 3 qol) transfer olunan müdafiəçi 2010-da yenidən “Turan”a dönüb və 2011-ci ilədək Tovuz klubunun formasını geyinib (31 oyun, 2 qol). 2011-ci ildə yenidən “Qəbələ”yə transfer olunan Hüseynov bu dəfə 28 oyunda 1 qola imza atıb. Ötən mövsüm ağır zədə alan futbolçu cəmi 3 oyunda 292 dəqiqə forma şansı qazanıb.
Vurğun ilk dəfə 2010-cu ildə milli komandaya dəvət alıb və 12 oyunda forma geyinib. Lakin zədələnəndən sonra yığmadan kənarda qalıb.
