6 iyul 2013 19:35
Sumqayıtla Rəvan sülh bağladı
2013/14 mövsümü üçün çalışmalarını davam etdirən “Sumqayıt” və “Rəvan”ın əvəzediciləri yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma “Sumqayıt” İdman Mərkəzində baş tutub.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Sumqayıt”ın qoluna Ramin Orucov imza atıb. “Rəvan”ın heyətində isə kimin fərqlənməsi barədə məlumat verilmir.
