6 iyul 2013 19:58
“Bakıdakı heç-heçə bizi növbəti mərhələyə daha da yaxınlaşdırdı”
Finlandiyanın “Mariehamn” klubunun müdafiəçisi Tommi Virtanen Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Mən komandamızdan inanılmaz dərəcədə qürur duyuram. Fikrimcə, biz oyuna tam nəzarət edə bilməsək də, ürəkdən oynadıq. Hesab edirəm ki, bu nəticə bizim “İnter”lə cavab görüşü öncəsi növbəti mərhələyə adlamaq şanslarımızı xeyli artırdı”.
