6 iyul 2013 20:46
Peter Enkelman: Bizim bəxtimiz gətirdi
Finlandiyanın “Mariehamn” klubunun qapıçısı Peter Enkelman Avropa Liqasının birinci təsnifat mərhələsinin “İnter”lə Bakıdakı oyundan (1:1) sonra azerisport.az saytına müsahibə verib
- Oyunla bağlı təəssüratlarınız necədi?
- Biz pis oyun keçirmədik. Nəticədə hətta deyərdim ki, fantastik nəticəyə imza atdıq. İkinci hissə bizdə daha yaxşı alındı. Əgər oyunun son dəqiqələrini nəzərə almasaq, komandamız pis təsir bağışlamırdı. “İnter” oyunun sonlarında qələbə qolunu vurmaq üçün bizi qapımıza sıxışdırmışdı. Amma biz bunu gözləyirdik.

- “İnter” sizi nə iləsə təəccübləndirdi?
- Əgər təəccübləndirsəydi, yəqin ki, uduzardıq (gülür). Amma belə xüsusi sürpriz olmadı. Yaxşı, güclü komandadı. Bunu isə biz Bakıya gəlməmişdən öncə də bilirdik.

- 14 saatlıq yol gəlməsəydiz, “Mariehamn” daha yaxşı oynaya bilərdi?
- Yol bizi çox əldən salmışdı. Amma biz hər şeyə özümüzü hazırlamışdıq. Həm də Bakının istisi bizi çox qorxudurdu. Lakin biz burda olan günlərdə demək olar ki, normal hava hökm sürürdü.
- Bu heç-heçədən sonra “Mariehamn”ı cütün favoriti saymaq olar?
- Düşünmürəm. Şanslar hələ də bərabərdi. Qələbə qazansaydıq, o zaman favorit sayıla bilərdik. Əminəm ki, “İnter” Finlandiyadakı oyunda da təslim olmayacaq və səfərdə qol vurmağa çalışacaq.

- “İnter”in futbolçularından hansı daha çox yadınızda qaldı?
- Qol vuran oğlan (Asif Məmmədovu nəzərdə tutur – azerisport.az). O, əlinə düşən şansdan çox gözəl yararlandı. Cinah oyunçularını da fərqləndirərdim. Onlar bizim üçün çox problem yaratdılar. Son dəqiqələr bizim üçün daha çətin keçdi. Hətta bir epizodda top qapı çatından döndü. Gizlətmirəm ki, həmin epizodda bizim bəxtimiz gətirdi.

- Bu cütün qalibini növbəti mərhələdə “Tromse” (Norveç) – “Celje” (Sloveniya) cütünün qalibi ilə oyun gözləyir. Bu komandaların ilk oyununu internetdən izləyəcəksiz?
- Yəqin ki, baxarıq. Amma hələ növbəti mərhələ haqda düşünmək tezdi.