7 iyul 2013 00:14

Adrian Skarlatake: Biz qolu Sliemaya hədiyyə etdik

“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta “Sliema”sı ilə səfərdəki oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:

“Biz bu oyunda qələbə qazanacağımızı gözləyirdik. Rəqibdən daha yaxşı oynadıq. Amma qələbə qazanmağımıza bəzi nüanslar mane oldu. Məsələn, isti hava və oyunun süni örtüklü meydanda keçirilməsi. Heyətimizdə bir neçə yeni futbolçu da var. Onlara komandaya daha da yaxşı uyğunlaşmaq üçün vaxt lazımdı”.
 
Təcrübəl futbolçu səfərdə qələbəni əldən vermələrini normal sayır: “Mən 1:1 hesablı heç-heçənin pis nəticə olduğunu düşünmürəm. Amma təbii ki, qələbəni əldən verməyimizə görə də sevinmirik. Futbolda hərdən belə də olur. Yenə də deyirəm ki, qeyd etdiyim şərtlər altında oynamaq bizim üçün çox çətin idi”.
 
O, buraxılan qola görə bütün komandanın məsuliyyət daşıdığını bildirib: “Futbol kollektiv oyundu. Hamımız günahkarıq. Fikrimcə, biz qolu rəqibə hədiyyə etdik. Onlar da bizim yeganə səhvimizdən istifadə etdilər. Hər şeyin belə nəticələnəcəyini qətiyyən gözləmirdik. Bu, bizim üçün də sürpriz oldu. Oyuna daha yaxşı konsentrasiya ola bilsəydik, qələbə qazanardıq”.
 
Rumıniyalı müdafiəçi istənilən halda “Sliema”nı keçəcəklərinə əmindi: “Biz evdə qələbə qazanmalı, mərhələ keçməliyik. Başqa şansımız yoxdu. Düşünmürəm ki, Lənkəranda qələbə qazanmağımızda hansısa problem yaransın”.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Sliema” oyunu iyulun 11-də Lənkəranda keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.