7 iyul 2013 00:33
Sumqayıtla AZAL sülh bağladı
Yeni mövsümə hazırlaşan “Sumqayıt”la AZAL yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma Sumqayıt İdman Mərkəzində baş tutub.
Oyunda qalib müəyyənləşməyib. Belə ki, komandalar rəqib qapısına yol tapa bilməyib və qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.
