6 iyul 2013 11:47
Bakı Avstriya və Rumıniya klubları ilə yoxlama oyunu keçirəcək
“Baki” yeni movsümə hazirlıq prosesi çərçivəsində ötən gun Avstriyda ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Milinko Pantiç təlim-məşq toplanışı ərzində yetirmələrini gündə 2 məşqə çıxaracaq.
Günün ilk yarısında təşkil olunan məşq 8 km kross qaçışdan ibarət idi. “Hermagor” stadionunda keçirilən ikinci məşqdə isə oyunçular həm fiziki, həm taktiki təmrinlər üzərində çalışıblar. U-19 milli komandanın düşərgəsindən qayıdan Namiq Ələsgərov da məşqə qoşulub.
Bu arada “Bakı”nın təlim-məşq toplanışı çərçivəsində keçirəcəyı yoxlama oyunlarının tarixi və rəqiblər müəyyənləşib. Belə ki, 8 iyul tarixində “zolaqlılar” Avstrianin “Hermagor”, 4 gün sonra Rumıniyanın “Timişoara” klubu ilə qüvvəsini sınayacaq.
