6 iyul 2013 12:12
Kazbek Tuayev: Bu il Qarabağın da Avroliqanın qrup mərhələsinə çıxmasını gözləyirəm
Azərbaycanın veteran futbolçusu, AFFA İcraiyyə Komitəsini üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- Avropa Liqasında keçirilən “İnter” – “Mariehamn” oyunundakı heç-heçə ilə bağlı nə deyə bilərsiz?
- Fikrimcə, komandamız heç də pis oyun keçirmədi. Qalib gəlməliydilər. Hətta oyunun sonlarında elə qol vəziyyətləri ələ düşdü ki, onları vurmamaq günah olardı. Rəhmətlik Anatoli Banişevski həmin epizodları qaçırmazdı. Rəqibdən ümumiyyətlə deyiləsi bir şey yoxdu. Qapıçıları da həmçinin. Mən qapıda ondan yaxşı dayanardım.
- Oyundan sonra “İnter”in az qala bütün rəsmiləri bəxtsizlikdən şikayətləndi. Halbuki, bu, artıq ilk belə mövsüm deyil ki, komanda çoxsaylı qol epizodlarını boşa verir...
- Komanda əlverişli qol vəziyyətlərini dəyərləndirə bilmirsə, bu, artıq bəxtsizlik deyil. “İnter”in futbolçularında ustalıq çatışmır. Baş məşqçi bunun üzərində çox çalışmalıdı.
- Sizcə, bakılıların cavab oyunu öncəsi şansları nə dərəcədə yüksəkdi?
- Bu nə rəqibdi ki, hələ bir onu keçməsinlər də? Siz hələ bir bu komandanın adına baxın. Elə təkcə buna görə onları keçməyə borcluyuq. “İnter”in buna nail olacağına şübhəm yoxdu.
- Bu nə rəqibdi ki, hələ bir onu keçməsinlər də? Siz hələ bir bu komandanın adına baxın. Elə təkcə buna görə onları keçməyə borcluyuq. “İnter”in buna nail olacağına şübhəm yoxdu.
- Malta “Sliema”sı ilə səfərdə heç-heçə edən “Xəzər Lənkəran” barədə nə deyə bilərsiz?
- Komandamız bərbad oyun sərgilədi. Amma evdə böyük ehtimalla bu rəqibi məğlub edəcəklər. Amma Con Toşakın yetirmələri daha yaxşı oyun sərgiləməyə borcludular.
- Komandamız bərbad oyun sərgilədi. Amma evdə böyük ehtimalla bu rəqibi məğlub edəcəklər. Amma Con Toşakın yetirmələri daha yaxşı oyun sərgiləməyə borcludular.
- Bizi hələlik yalnız “Qarabağ” sevindirə bildi. Makedoniya “Metallurg”u ilə oyundakı səfər qələbəsini necə dəyərləndirə bilərsiz?
- Təcrübəli futbolçulardan qurulmuş təcrübəli komanda öz işini gördü. Həmişə olduğu kimi, Azərbaycanın xal ehtiyatını da yaxşılaşdırdılar. Amma “Qarabağ”ın da rəqibinin çox güclü olduğunu deməzdim. Bir dəfə bu komandanı keçiblər. Deməli, bunu yenə təkrarlamağa borcludular.

- Hər halda “Qarabağ”ın rəqibi “Mariehamn” və “Sliema”dan daha güclüdü...
- Elədi. İstənilən halda “Qarabağ”ın avrokuboklarda daha böyük təcrübəsi var və bunu yenə də göstərdi. Fikrimcə, onlar növbəti mövsümdə Premyer Liqada da yüksək yerlər tutacaqlar.
- Sizin sözlərinizdən belə başa düşmək olar ki, klublarımızın üçü də ikinci təsnifat mərhələsinə çıxacaq...
- Bəli. Əlbəttə, klublarımızın oyununun daha yaxşı olmasını arzulardıq. Amma unutmaq lazım deyil ki, bu, mövsümün ilk rəsmi oyunları idi. Klublarımız hələ bundan sonra forma yığacaqlar. Bu mövsüm “Qarabağ”ın da Avroliqanın qrup mərhələsinə çıxmasını gözləyirəm.