7 iyul 2013 00:21
XL Malta çempionuna da qalib gələ bilmədi (YENİLƏNİB)
Maltada məqşlərini davam etdirən “Xəzər Lənkəran” yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Malta çempionu “Birkirkara” ilə sınaq matçına çıxıb.
Oyunu yerli vaxtla saat 19:00-da, “Sirens” stadionunda başlayıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Maltanın “Sliema” klubunun rəqibidi. Bu komandalar arasında ilk oyun səfərdə baş tutdu və 1:1 hesabıyla başa çatdı. Lakin həmin oyundan sonra Toşak yetirmələrini bu ölkədə saxlayıb, hazırlamağa qərar verdi. “Birkirkara” ilə görüşdən sonra isə “ağ-yaşıllar” vətənə qayıdacaqlar və “Sliema” ilə cavab oyununa Lənkəranda hazırlaşacaqlar.
Yoxlama oyunu
6 iyul
Xəzər Lənkəran – Birkirkara - 1:1
