6 iyul 2013 12:39
“Alanzonun İnterə vurduğu qol bütün ağrımı unutdurdu”
Finlandiyanın “Mariehamn” klubunun hücumçusu Dever Orgill Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Bu oyunda dizimdən zərbə aldım. Həmin anda mənim üçün çox ağır idi. Çünki çox pis ağrı hiss edirdim. Amma Alanzonun “İnter”ə vurduğu qol bizi o qədər sevindirdi ki, hətta ağrını da unutdum. Uşaqlar bütün güclərini qoydular və sona qədər çalışdılar. İndi doğma divarlar arasında bu komanda ilə cavab matçını gözləyirik”.
