6 iyul 2013 13:35

Simurq dördünü sınayır, ikisi bu gün gəlir (FOTOLAR)

2013/14-cü il mövsümünə hazırlığın ikinci mərhələsi üçün Kartepedə təlim-məşq toplanışında olan “Simurq” ötən gün daha iki məşqə çıxıb. Azerisport.az xəbər verir ki, səhər hazırlığı xüsusən fiziki gücün artırılmasından ibarət çalışmalar üzərində qurulub. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında məşq edən "sarı-qaralar" sonda isə taktiki tapşırıqları yerinə yetirib.
 
Axşam məşqində isə taktiki və texniki çalışmalar keçirilib. İsinmə hərəkətlərindən sonra futbolçular qısa və uzun məsafəli ötürmələrdən sonra iki qrupa bölünərək "kvadrat" oynayıb. Daha sonra isə mövqelərinə görə ayrılaraq məşqçilər korpusunun müxtəlif texniki tapşırıqları yerinə yetirib. 
 
Hazırda "Simurq"un düşərgəsində baxış üçün dəvət edilmiş dörd futbolçu var. Bu gün daha iki futbolçu komandaya qoşulacaq. Onlar haqqında son qərar isə məşqçilər korpusu tərəfindən sonuncu yoxlama görüşündən sonra veriləcək.
 
Qeyd edək ki, Zaqatala təmsilçisi Kartepedə üçüncü yoldaşlıq matçını Liviyanın "Əl-Nəsr" klubu ilə keçirdəcək. Bundan sonra "Simurq" təlim-məşq toplanışının ikinci mərhələsinidə başa vuracaq və ölkəyə qayıdacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.