6 iyul 2013 16:24
“Bizim futbolçularda arxayınlaşmaq, eyforiyaya qapılmaq var”
Hərbçilər arasında 1-ci dünya futbol kuboku turnirində keçirilmiş Azərbaycan - Kanada oyunundan sonra yığmamızın baş məşqçisi Nazim Süleymanov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, millinin çalışdırıcısı 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Bizim futbolçularda arxayınlaşmaq, eyforiyaya qapılmaq var. İstərdim ki, oyunçularımız peşəkar və özünə tələbkar olsunlar. Zəif komanda yoxdu. Oyuna zəif yanaşma var. Ona görə də çalışmaq, hazırlaşmaq, oynamaq lazımdı. Yaxşı ki, qələbə qazandıq. Fikrimizi İraq yığması ilə oyuna yönəltmişik. Rəqibimiz güclü komandadı". (AFFA)
