7 iyul 2013 20:45
Simurq Dila ilə yenə də sülh bağladı (YENİLƏNİB)
Türkiyədə növbəti mövsümə hazırlaşan “Simurq” bu gün təlim-məşq toplanışı çərçivəsində son sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi Gürcüstanın "Dila" klubu ilə qarşılaşıb.
Oyun "Simurq"un məskunlaşdığı "Green Park" otelinin meydançasında keçirilib. Zaqatala klubu gürcülərlə yenə də sülhə razılaşıb.
Xatırladaq ki, “Simurq” qardaş ölkədəki ilk hazırlıq matçında Rusiyanın “Spartak” (Nalçik) klubuna 0:1 hesabıyla uduzmuşdu. Gürcüstan “Dila”sıyla bundan əvvəl keçirilmiş ilk görüş isə 3:3 hesabıyla bitmişdi.
Yoxlama oyunu
7 iyul
Simurq – Dila - 1:1
Qol: Rəşad Eyyubov, 68-pen.
