8 iyul 2013 00:03
Ruslan Abışovsuz Rubindən məğlubiyyət
Rusiyanın “Rubin” klubu növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi Avstriya toplanışı çərçivəsində Rumıniyanın “Ceahlaul” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma 1:2 hesabı ilə rumınların xeyrinə başa çatıb. Tatarların yeganə qoluna Natxo imza atıb.
Qeyd edək ki, bu görüşdə futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov iştirak etməyib.
