8 iyul 2013 00:14
İnterin rəqibi yenə qələbə qazana bilmədi
Avropa Liqasının birinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan Finlandiyanın “Mariehamn” klubu ölkə çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər”in rəqibi 18-ci tur çərçivəsində “Jaro” ilə qarşılaşıb.
Doğma divarlar arasında keçirilən oyunda “Mariehamn” yenə qələbə qazana bilməyib. Görüş qolsuz bitib.
Qeyd edək ki, hazırda “Mariehamn” 25 xalla altıncı yerdə gedir. Bu komanda Bakıda “İnter”lə 1:1 hesablı heç-heçəyə nail olub. Cavab görüşü isə iyulun 11-də Finlandiyada keçiriləcək.
