8 iyul 2013 00:28
İnterin sabiq üzvü Gürcüstan klubunda
Mövsüm başa çatdıqdan sonra “İnter”dən ayrılan Revaz Tevdoradzenin yeni iş yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, gürcü qolkiper Gürcüstan yüksək liqasında çıxış edəcək.
25 yaşlı qapıçı “Chixura” klubu ilə anlaşıb. 1 illik müqaviləyə imza atan Revazın adı iyulun 4-ə “Vaduz”la baş tutan Avropa Liqasının oyununda heyətə salınsa da, o, ehtiyatda qalıb.
Qeyd edək ki, Tevdoradze “İnter”ə məhz “Chixura”dan gəlmişdi. O, “İnter”də cəmi 6 oyunda meydana çıxıb və 540 dəqiqə oynayıb.
