7 iyul 2013 11:22

Vurğun Hüseynov: Türkiyə klubu mənə yaxşı pul təklif etdi

Futbol üzrə Azərbaycan yığmasının və “Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynovun azerisport.az saytına müsahibəsi
 
- Ötən gün uzun müddətli zədədən sonra “Sumqayıt”ın heyətində ilk matçınıza çıxdınız. Necə keçdi?
- Hə, AZAL-la qarşılaşmada 90 dəqiqə meydanda oldum. Görüş qolsuz başa çatdı. Qapımıza qol vurulmasına mane ola bildiksə, deməli, mən də özümə gəlirəm. Əlbəttə, hələ ideal formamdan çox uzağam. Amma zamanla hər şey qaydasına düşəcək.
 
- Sizi Türkiyənin “Denizlispor” klubu almaq istəyir. Hansı ki, bir neçə gün öncə Rail Məlikovla yollarını ayırıb...
- Bu klubun rəsmiləri mənimlə əlaqə saxlayıblar. Onlar mənə təklif etdilər. Amma imtina etməli oldum.
 
- Niyə?
- Bir neçə səbəb car. Mən “Sumqayıt”la yenicə iki illik müqavilə imzalamışam. Çətin ki, bu klub məni belə qısa müddətə götürüb və indi digər komandaya buraxsın. Məni buraxmazdılar. Həm də mən Türkiyəyə getmək üçün alışıb yanmıram.
 
- Amma “Denizlispor” “Sumqayıt”dan səviyyəcə daha üstündü...
- Türkiyə klubunun təklifi cəlbedici idi. Amma zədədən sonra ideal formadan çox uzaq olmağım mənim “Sumqayıt”da qalmağımı daha vacib edir. Gələcəkdə yaxşı forma yığa bilsəm, mümkündü ki, belə təkliflərə baxım.
 
- “Denizlispor” rəsmiləri zədəli olduğunuzu bilmirdi?
- Onlar istəyirdilər ki, mən ora tam sağlam olaraq keçim və dərhal komandaya kömək edim. Amma yenə də deyirəm ki, “Sumqayıt” buna razılaşmazdı. Hətta mən özüm də getmək istəsəydim, Türkiyə klubu mənə görə o qədər pul itirmək istəməzdi. Baxmyaraq ki, onlar mənim özümə yaxşı pul təklif etdilər.
 
- Türkiyə klubu qışda sizə yenə təklif göndərsə, gedərsiz?
- Niyə də yox? O vaxta qədər yəqin ki, hazır olacağam. Təbii ki, əlavə problem yaranmasa. Ona görə də bu komandaya ancaq qışda keçə bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.