7 iyul 2013 11:47
Simurq baxışda olanları daha yaxşı sınamaq üçün Liviya klubu ilə oyundan imtina etdi
Xəbər verdiyimiz kimi, "Simurq" Kartepedə sonuncu yoxlama görüşünü Liviyanın "Əl-Nəsr" klubu ilə keçirməli idi. Lakin azerisport.az klub saytına istinadən xəbər verir ki, məşqçilər korpusunun qərarı əsasında rəqib dəyişilib.
Səbəb isə baxışda olan futbolçuların səviyyəsini daha güclü komanda ilə görüşdə görməkdi. Zaqatala təmsilçisi üçüncü yoldaşılıq görüşünüdə Gürcüstanın "Dila" klubu ilə keçirəcək. Qarşılaşma "Green Park" otelinin stadionunda, saat 19:30-da start götürəcək.
Qeyd edək ki, "Simurq" bundan öncədə Türkiyədə ikinci yoxlama oyununu "Dila" ilə keçirmişdi və qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatmışdı.
Hazırda komandanın düşərgəsində biri qapıçı, ikisi müdafiəçi, ikisi yarımmüdafiəçi və biri hücumçu olmaqla 6 futbolçu var. Onlar haqqında konkret qərar məşqçilər korpusu tərəfindən "Dila" ilə görüşdən sonra veriləcək.
