7 iyul 2013 12:15

Simurqun Türkiyədəki son məşqi (FOTOREPORTAJ)

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Kartepedə olan "Simurq" məşqlərini tamamlayıb. Azerisport.az xəbər verir ki, 2013/14-cü il mövsümünə hazırlışan komanda ötən gün əsasən taktiki və texniki tapşırıqlar üzərində çalışıb.
 
Səhər məşqi isinmə hərəkətlərindən sonra iki qrupa bölünərək "kvadrat" oynanılıb. Daha sonra isə topla kollektiv müdafiə və hücumların təşkili ilə bağlı tapşırıqlar yerinə yetirilib. Hazırlığın sonunda isə futbolçular mövqelərinə görə bölünərək taktiki çalışmalar üzərində işləyib. Axşam məşqi isə son oyuna hazırlıq məqsədi daşıyıb. İsinmə hərəkətlərindən sonra hazırlıq "kvadrat"la davam edib. Daha sonra isə qısa ötürmələr üzərində məşq edilib. Sonda isə ikitərəfli oyunla son hazırlıq prosesi tamamlanıb.
 
Qeyd edək ki, bu, "Simurq"un Kartepedəki sonuncu məşqi olub. Komanda bu gün keçiriləcək yoldaşlıq görüşündən sonra təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub, ayın 8-də səhər saatlarında Bakıya yola düşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.