7 iyul 2013 12:40

Xəzər Lənkəranın Birkirkara ilə oyununda nələr baş verdi?

Xəbər verdiyimiz kimi, tötən gün “Xəzər Lənkəran” hazırlıq müddətində ikinci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Con Toşakın komandası Malta çempionu “Birkirkara” klubu ilə gücünü sınayıb. Yerli vaxtla saat 19:00-da start götürən matç “Sirens” stadionunun süni qazonunda baş tutub.
 
“Xəzər Lənkəran” aşağıdakı start heyəti ilə meydan çıxıb:
 
Orxan Sadıqlı, Rasim Ramaldanov, Alvaro Silva, Elnur Allahverdiyev, Eder Bonfim, Uğur Pamuk, Rahid Əmirquliyev (k), Marin Orsuliç, Nikola Qliqorov, Adrian Pit, Kazım Kazımlı.
 
Matça daha fəal başlayan “Xəzər Lənkəran” dəqiq ötürmələr hesabına topa hakim olan tərəf idi. Komanda xüsusilə cinahlardan hücumlar qurmaqla rəqib qapısı önünə ardıcıl hücumlar təşkil edirdi. Yalnız matçın 10-cu dəqiqəsində rəqib cərimə meydançasına daxil olmaq imkanı qazandı ki, qapıya ünvanlanan qüvvətli zərbəni Orxan Sadıqlı dəf etməyi bacardı. Səkkiz dəqiqə sonra Malta çempionunun qapıçısı diqqət mərkəzinə düşdü. Uğur Pamukun qüvvətli zərbəsini son anda qolkiper barmaqlarının ucu ilə toxunub kornerə çıxarmaqla tribunalara toplaşan 700-ə yaxın azarkeşin alqışını qazandı. Meydanda dominantlıq edən “Xəzər Lənkəran” daha bir qol şansını Kazım Kazımlı ilə qazandı. Lakin gənc futbolçunun zərbəsi qapıdan azca aralı keçdi. Daha çox müdafiə olunmağa məcbur qalan “Birkirkara” oyunda ilk korneri 35-ci dəqiqədə qazandı. Lakin yenə də maltalılar təhlükəli vəziyyət yarada bilmədilər ki, bu yerdə müdafiədə xüsusilə Ramaldanovun dəqiq oyununu qeyd etmək yerinə düşər. Komandalar fasiləyə qolsuz bərabərliklə yollandılar. İkinci hissəyə XL bir əvəzetmə ilə başladı. Kazımlını digər gənc futbolçu Elnur Cəfərov əvəzlədi. Sağ cinahda fəallığı ilə seçilən Uğur Pamukun uzun reydini Rahid tamamlamaq istəsə də, müdafiəçilər vaxtında müdaxilə edib topu kornerə çıxardılar. “Birkirkara” matçın 50-ci dəqiqəsində ən real qol vəziyyətini yaratsa da Orxan dəqiq oynadı. Nəhayət 65-ci dəqiqədə hesab açıldı. Pitin rəqibin cərimə meydançası daxilində ötürməsinə rəqib futbolçu əli ilə toxununca hakim tərəddüd etmədən penalti nöqtəsini göstərdi. Orsuliç dəqiq zərbə ilə “Xəzər Lənkəran”ı önə keçirdi. Matçın sonuna 15 dəqiqə qalmış Əmirquliyevi Elnur Abdullayev əvəzlədi və bu dəyişiklik sonuncu dəyişiklik oldu. Məğlubiyyətlə barışmaq istəməyən maltalılar hücumlarının kəsərini artırsa da, real təhlükə yaratmaqda çətinlik çəkirdi. Bununla belə 77-ci dəqiqədə qapıya tuşlanan zərbə cənubluların öz oyunçusuna toxunub toru silkələməkdə rəqibə yardımçı oldu. Son dəqiqələrdə “Xəzər Lənkəran” hesabda önə keçmək imkanı qazansa da, bəxt “Birkirkara”nın yanında oldu. Pamukun zərbəsi qapı tirinə dəyib auta çıxdı. Matç elə bu hesabla da baş çatdı – 1:1. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.