7 iyul 2013 13:37
Metallurg Qarabağla cavab matçı öncəsi problemlə üzləşdi
Makedoniyanın “Metallurg” klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la səfər oyunu öncəsi problemlə üzləşib. Azerisport.az xəbər verir ki, Skopye təmsilçisi Azərbaycana gəlmək üçün viza ala bilmir.
Buna səbəb Makedoniyanın Azərbaycanda səfirliyinin olmamasıdı. Lakin Skopye klubunun nə yolla olur-olsun, problemi yoluna qoyması gözlənilir.
Ağdam klubunun mətbuat xidmətindən aldığımız məlumata görə, “Qarabağ” rəhbərliyi də bu məsələdə qarşı tərəfə əlindən gələn köməyi göstərməyə çalışır.
Qeyd edək ki, “Qarabağ” ilk oyunda “Metallurg”u 1:0 hesabıyla məğlub edib. Cavab görüşü isə iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
