8 iyul 2013 01:33
Bakının Avstriya toplanışı davam edir (VİDEO)
Yeni mövsümə hazırlıq məqsədi ilə Avstriyada toplaşan “Bakı” məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən sonuncu məşq 1,5 saat davam edib.
Komandaya ötən gün qoşulan Əziz Quliyev də məşqlərdə iştirak etməyə başlayıb. Aqil Nəbiyev və Namiq Ələsgərov isə komandadan ayrı çalışıb.
“Bakı” yeni mövsümə hazırlıqlarını iyulun 8-də “Hermaqor”la (Avstriya) yoldaşlıq oyunu ilə davam edəcək.
