8 iyul 2013 01:42
Simurqun Türkiyədəki son matçı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, Kartepedə təlim-məşq toplanışında olan “Simurq” sonuncu yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, yenidən "Dila" ilə üz-üzə gələn "Simurq" qarşılaşmanın ilk hissəsində 0:1 hesabı ilə məğlub olsa da, sonda bərabərlik qolunu vura bilib.
75-ci dəqiqədə İlkin Qırtımovun sağ cinahdan etdiyi asma cərimə meydancasında rəqibin əlinə dəyib və görüşün baş hakimi penalti nöqtəsini göstərib. Rəşad Eyyubov isə bunu dəqiqi yerinə yetirək oyunun nəticəsini müəyyənləşdirib.
Bununla "Simurq" təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. Türkiyədəki hazırlıq çərçivəsində Zaqatala təmsilçisi üç yoldaşlıq görüşü keçirib. Zaqatala klubu ilk oyunda "Spartak”a (Nalçik) minimal hesabla məğlub olsa, "Dila" ilə qarşılaşmalarda 3:3 və 1:1 hesablı heç-heçələr qeydə alınıb."Sarı-qaralar" bu gün səhər saatlarında ölkəyə yola düşəcək. Bir necə günlük istirahətdən sonra komanda iyulun 13-də təlim-məşq toplanışının üçüncü mərhələsinə start vermək üçün Avstriyaya yollacaq.
