7 iyul 2013 14:13
Qurban Qurbanov: Metallurga bu məsələdə kömək edəcəyik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində rəqibləri olan Makedoniyanın “Metallurg” klubunun Bakıya gəlmək üçün viza ala bilməməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Cavab matçının hazırlıqlarını davam etdiririk. Suraxanıda və Tofiq Bəhramov adına Respublika stadionunda məşq edirik. Heyətlə bağlı heç bir itkimiz yoxdu. Makedoniya klubunun Bakıya gəlməkdə problemlə üzləşməsinə gəlincə, bundan xəbərimiz var. Biz bu məsələdə onlara kömək edəcəyik. Makedoniyanın Azərbaycanda səfirliyi yoxdu. Buna görə də onlara vizaların elə aeroportda verilməsinə çalışacağıq. Düşünmürəm ki, bununla bağlı nəsə problem olsun”.