7 iyul 2013 14:35
Denizlispor Usim Nduka və Saşa Yunisoğludan cavab gözləyir
Türkiyənin “Denizlispor” klubu yollarını ayırmaq məcburiyyətində qaldığı Rail Məlikova məhz Azərbaycanda əvəzləyici tapmaqda israrlıdı. Azerisport.az xəbər verir ki, Dənizli təmsilçisi yığma komandamızın müdafiəçisi Vurğun Hüseynova dəvət göndərsə də, təklifi qəbul olunmayıb.
“Sumqayıt”la yenicə müqavilə bağlayan futbolçu keçidində müxtəlif problemlərin yaranacağını, üstəlik formada olmamasını nəzərə alaraq, indi Türkiyəyə getmək istəməyib.
Bu üzdən də “Denizlispor” digər futbolçularımızla danışıqlara başlayıb. Hazırda qardaş ölkə təmsilçisi “Sumqayıt”a yenicə keçən digər azərbaycanlı futbolçu Saşa Yunisoğlu, eləcə də AZAL-dan ayrılan Usim Nduka ilə danışıqlar aparır. Artıq bu oyunçulara müqavilə təklif edən Türkiyə klubu onlardan cavab gözləyir.
