7 iyul 2013 14:50
Xəzər Lənkəran - Slima oyunu canlı yayımlanacaq
Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – “Slima” matçını canlı izləmək mümkün olacaq. Azerisport.az xəbər verir ki, qarşılaşmanı “İdman Azərbaycan” kanalı efirə verəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Slima” oyunu iyulun 11-də Lənkəran şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Bu komandalar arasında Maltada baş tutan ilk oyun 1:1 hesabı ilə başa çatıb.
