7 iyul 2013 15:25

Xəzər Lənkəranlı futbolçu: Qarabağ hələ Metallurgu keçməyib

“Xəzər Lənkəran”ın yeni transferi Nikola Qliqorovun azerisport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”dakı debütünüzü uğurlu saymaq olar? Komandanız Malta “Sliema”sı ilə sülh bağladı...
- Bu, həm mənim yeni komandamda, həm də “Xəzər Lənkəran”ın yeni mövsümdə ilk rəsmi oyunu idi. Bu üzdən də görüş çətin alındı. Fikrimcə, indiki məqamda komandadan yaxşı oyun gözləmək çətindi. Hər halda biz səfərdə qənaətbəxş nəticə qazanmağı bacardıq. Səfərdə 1:1 hesablı heç-heçə kifayət qədər normaldı. Lakin bu, o demək deyil ki, biz “Sliema” ilə heç-heçədən və öz oyunumuzdan razıyıq.
 
- Siz asan qələbə qazanacağınızı düşünürdünüz?
- Asan qələbə olmur. Sadəcə, qələbə qazana bilərdik. Digər tərəfdən biz cəmi 12 günlük hazırlıq keçmişdik. Bu da komandanın tam hazır olması üçün yetərli müddət deyil. Hələ komanda lazım olan kondisiyalı yığa bilməyib. Növbəti oyunda daha yaxşı futbol sərgiləyib, mərhələ keçəcəyimizə əminəm.
 
- Siz buna inanırsız?
- Çox ümid edirəm. Lakin bu, futboldu, hər şey ola bilər. Rəqibi ilk oyundan sonra çox yaxşı analiz etmişik. Məhz ondan sonra bu qənaətə gəlmişəm ki, “Xəzər Lənkəran” cavab matçının favoritidi.
 
- Bəs öz oyununuzu necə qiymətləndirirsiz?
- Hər bir futbolçu debüt matçından qələbə ilə ayrılmaq istəyir. Öz oyunum xoşuma gəlmədi. Çıxışımdan qətiyyən razı qalmadım. Hələ ideal formamı bərpa edə bilməmişəm.
 
- Komanda yoldaşlarınızla anlaşma baxımından çətinlik çəkmirsiz?
- Bununla bağlı xüsusi problem hiss etmədim. Amma mənə hələ də vaxt lazımdı. Fikrimcə, zaman keçdikcə hər şey daha yaxşı oalcaq.
 
- Həmyerlilərinizin – Skopye “Metallurg”unun Avropa Liqasında Azərbaycanın “Qarabağ” klubuna minimal hesablı məğlubiyyətini necə qarşıladınız?
- “Qarabağ” cavab matçı öncəsi çox yaxşı nəticəyə nail oldu. Amma mənim üçün bu qələbə sürpriz olmadı. Azərbaycan və Makedoniya klublarını müqayisə etsək, investisiya yatırımında böyük fərq olduğunu görürük. Təbii ki, Azərbaycan klubları böyük üstünlüyə malikdilər. Lakin “Qarabağ”ın artəq “Metallurg”u keçdiyini hələ deyə bilmərik. Qarşıda daha bir 90 dəqiqə var və hər şey ola bilər.
 
- “Metallurg” güclüdü, “Sliema”?
- Şübhəsiz ki, Makedoniya klubuu. Bunlar tam fərqli komandalardılar və müqayisə etməyə də dəyməz. Sadəcə, hər oyun bir-birindən fərqlənir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.