7 iyul 2013 15:41
Maccabinin baş məşqçisi Neftçi ilə yoxlama matçından danışdı
İsrailin “Maccabi” (Hayfa) klubunun baş məşqçisi Erik Lando Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirilmiş yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesabıyla qələbə qazandığı görüşlə bağlı bunları söyləyib:
“Bu, komandam üçün çox yaxşı hazırlıq oyunu oldu. Futbolçularımız tam mən istədiyim kimi oynadılar. Aqressiv çıxış etdik. Uşaqlardakı inkişafdan razıyam. Həmçinin sərgilədikləri oyundan və nəticələrdən də”.

Qeyd edək ki, “Maccabi” həm də Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın potensial rəqibidi.