8 iyul 2013 18:12

“Bakıya qələbə üçün gəlirik”

Futbol üzrə Malta yığmasının baş məşqçisi Pyetro Qedin azerisport.az saytına müsahibə verib
 
- Avqustun 14-də sizi Bakıda Azərbaycan yığması ilə yoldaşlıq oyunu gözləyirsiz. Artıq bu oyun barədə düşünməyə başlamısız?
- Bəli, bu oyunu gözləyirik. Bakıda yaxşı futbol göstərmək istəyirik.
 
- Bu oyun Malta yığması üçün çox vacibdi?
- Əlbəttə. Bizim üçün bütün oyunlar əhəmiyyətlidi. Mənə elə gəlir ki, bu görüş Azərbaycan millisi üçün də mühüm əhəmiyyət kəsb edəcək.
 
- Bəs bu oyunda nəticə sizin üçün nə dərəcədə önəm daşıyacaq?
- Bakıya qələbə üçün gələcəyik. Amma bunun yoldaşlıq oyunu olduğunu nəzərə alsaq, heç-heçəyə də üzülməyəcəyik.
 
- Azərbaycanı komandanızı yoxlamaq baxımından yaxşı rəqib sayırsız?
- Fikrimcə, hə. Bu komandanın iştirakı ilə baş tutan bir neçə oyuna baxmışam. Onlardan sonuncusu Lüksemburqla 1:1 hesablı heç-heçə etdiyiniz oyundu.

- Siz də həmin vaxt səfərdə Ermənistana qalib gəlmişdiniz...
- Onlar güclü komandadılar. Amma biz kompakt oyun sərgilədik. Rəqibə boşluq yaratmadıq. Ələ düşən yeganə qol vəziyyətimizi dəyərləndirdik və uğur üzümüzə güldü. Həmin oyundan sonra Ermənistan səfərdə Danimarkanı darmadağın etdi. Həmin oyundakı hər qoldan sonra özümü çox yaxşı hiss edirdim (gülür).
 
- Bakıda da İrəvandakı kimi oynayacaqsız?
- Mümkündü. Bizim öz oyun üslubumuz var və çox təsadüfi hallarda bunu dəyişirik. Düzgün oynamaq lazımdı. İrəvanda oyun üslubumuz bizə fayda gətirdi. Baxaq, görək Bakıda necə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.