8 iyul 2013 18:36
Bakının daha üç rəqibi bəlli oldu
Avstriyada təlim-məşq toplanışında olan “Bakı” futbol klubu bir neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, bu gün “zolaqlılar” Avstriyanın 4-cü divizionun təmsilçisi “SC Helmagor”la qarşılaşacaq.
Oyun Helmaqor şəhərində, Bakı vaxtı ilə 22:00 da başlayacaq.
Artıq “ağ-göylər”in keçirəcəyi digər oyunların da tarixi və rəqiblər müəyənləşib. Belə ki, iyulun 11-də Milinko Pantiç yetirmələri “SV Penik” (Avstriya), ayın 13-də “Spins” (Sloveniya) və 16-da “Donji Srem” (Serbiya) ilə oyunlarda sınayacaq.
