8 iyul 2013 21:32
Nazim Süleymanov: Üstünlüyü meydanda sübut etmək qalırdı
Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirində keçirilmiş Azərbaycan - İraq oyunundan sonra yığmamızın baş məşqçisi Nazim Süleymanov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı 3:0 hesablı qələbədən sonra bunları söyləyib:
“İraq yığması qrupun lideri sayılırdı. Buna görə də futbolçuları oyuna xüsusi olaraq kökləməyə ehtiyac yox idi. Bizim onlardan daha üstün olduğumuza inanırdım. Bu üstünlüyü meydanda sübut etmək qalırdı. Uşaqlar bunu bacardılar, buna görə onlara təşəkkür edirəm. Növbəti rəqib Bəhreyn komandasıdır. Vaxt az olduğu üçün yaxşı bərpa prosesi keçməliyik”. (AFFA)
