8 iyul 2013 23:21
Saşa Yunisoğlu rəsmən Denizlisporda (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlunun Türkiyənin “Denizlispor” klubuna keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Yunisoğlu bu gün Dənizliyə yollanaraq 2 illik müqavilə imzalayıb. Futbolçu “Denizlispor”la anlaşdığı üçün xoşbəxt olduğunu bildirib.
Qeyd edək ki, milli komandada 27 oyun keçirmiş Saşa indiyədək “İnter”, “Neftçi”, “Bakılı”, “MKT-Araz”, “Diskobolia” (Polşa), “Poloniya” (Varşava, Polşa), “Bakı”, “Qəbələ” və AZAL-ın formasını geyinib.
