8 iyul 2013 11:14

“Syomin onun Qəbələdən getməsini istədi”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun azerisport.az saytına müsahibəsi
 
- “Qəbələ” ilə Türkiyənin “Fənərbağça” klubları arasında keçirilmiş boks matçı barədə nə deyə bilərsiz?
- Biz rəqib kimi məhz qardaş ölkə təmsilçisini seçməyə qərar verdik. “Fənərbağşa” Türkiyənin ən böyük boks komandalarından birinə malikdi. Eyni zamanda biz də Qəbələdə və yaxın bölgələrdə bu idman növünə marağı artırmaq istəyirik. Fikrimcə, yaxşı matç keçirdik.
 
- Amma hakimlikdən heç də hamı razı qalmadı...
- Şəxsən mən özüm də hakimlərin üçüncü və sonuncu döyüşlərdəki qərarları ilə razılaşmıram. Hər iki halda qələbəni “Fənərbağça”nın boksçularına vermək lazım idi. Amma ola bilər ki, səhv edirəm. Ən azından onlar bu işi məndən daha yaxşı bilirlər və peşəkardılar.
 
- “Qəbələ”nin başqa hansı idman planları var?
- Futbol və boskla yanaşı, klubumuzun karate, atıcılıq və cüdo bölmələri də fəaliyyət göstərir. Hər bir idman növündə bizdə 100-dən çox idmançı məşq edir.
 
- Digər idman növləri üzrə də belə yoldaşlıq görüşlərinin təşkili gözlənilir?
- Cüdo üzrə turnir keçirmək istəyirik.
 
- Bəs futbol komandanızın yeni mövsümə hazırlığı ilə bağlı nə deyə bilərsiz?
- Komanda yeni mövsümə Türkiyədə hazırlaşır. Düzünü deyim ki, hələ komanda ilə birgə olmamışam. Amma bilirəm ki, hazırlıqlar tam gücüylə davam edir. Böyük ehtimalla Türkiyədə keçirəcəyimiz son iki yoxlama matçını izləyə biləcəm. Komanda artıq komplektləşib. Yuri Syominlə danışmışam. Ola bilər ki, komandaya daha bir futbolçu cəlb olunsun. Çünki “Qəbələ”yə 10 nömrə lazımdı.
 
- Kimi dəvət etməyə hazırlaşırsız?
- Bunu hələ deyə bilmərəm. Amma Syominin tanıdığı futbolçulardandı. Heç kimi baxışa çağırmaq fikrimiz yoxdu. Baş məşqçimiz bunu sevmir.
 
- Komandanın müdafiəçisi Kristian Pulhakın Qəbələdə olduğu məlum olub. O, komandadan ayrılıb?
- Biz onunla hazırda danışıqlar aparırıq. Böyük ehtimalla komandadan gedəcək. Baş məşqçi onun getməsini istəyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.