8 iyul 2013 11:46
Qarabağın potensial rəqibi qələbə qazana bilmədi
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibi olan Polşanın “Piast” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, polşalıların rəqibi Mərakeş təmsilçisi “Raja Casablanca” olub.
Qarşılaşma sülhlə başa çatıb – 1:1. Polşa təmsilçisinini qolunu Tomas Doçekal vurub.
Qeyd edək ki, Avroliqada mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq “Piast” “Qarabağ” – “Metallurg” (Makedoniya) cütünün qalibini gözləyir. Hansı ki, bu komandaların ilk duelində minimal hesabla üstün olan Ağdam klubu növbəti mərhələyə çıxmağa daha yaxındı.
